HOSTINQ PANELƏ QİRİŞ
logo
Servis: 055 513 5576
affiliate_link

ip-addressIP-ünvan (Internet Protocol Address) — internet şəbəkəsinə qoşulmuş hər bir kompyuterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompyuterlər iki variant ünvana malikdirlər: rəqəm IP-ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompyuterin öz IP-ünvanı olur. Digər bütün

kompüterlər bu IP-ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP-ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IP version 4 üçün 32 bit həcmində IP-ünvanlar istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP-ünvan forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər.

 

"Bu məqalənin mənbəyi"